AZ

Ekvadorda bilyard salonuna silahlı hücum – 7 nəfər öldü

Ekvadorda bilyard salonuna silahlı hücum – 7 nəfər öldü

Ekvadorda bir bilyard salonuna edilən silahlı hücum nəticəsində 7 nəfər ölüb.

Milli mətbuatda yer alan xəbərə görə, Ekvadorun Santo Domingo de los Tsachilas şəhərindəki bilyard salonuna maskalı şəxslər tərəfindən basqın edilib və ətrafa atəş açılıb.

Hadisə barədə məlumat aldıqdan sonra əraziyə polis qrupları cəlb edilib.

Hücum nəticəsində 7 nəfər hadisə yerində ölüb.

Şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.

Seçilən
90
9
afn.az

10Mənbələr