İran Prezidenti Məsud Pezeşkian sentyabrın 23-də Nyu-Yorkda BMT-nin illik sessiyasında iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatı rəhbərinin rabitə və informasiya məsələləri üzrə müavini Seyid Mehdi Tabatabai bildirib.
"Düşünürəm ki, prezidentin səfəri sentyabrın 23-də baş tutacaq. Lakin həm ölkə daxilində, həm də diplomatiyada cərəyan edən proseslərin tempi çox yüksəkdir, buna görə də hazırda bu suala dəqiq cavab vermək mümkün deyil", - o qeyd edib.