AZ

Zelenskidən SOCAR-ın neft bazasının vurulmasına REAKSİYA

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun avqustun 18-nə keçən gecə ölkənin bir sıra ərazilərinə zərbə endirməsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib. 

Ukrayna lideri Rusiyanın hücumları nəticəsində Xarkovda 7, Zaporojyedə isə 3 nəfərin həlak olduğunu, daha 20 nəfərin isə xəsarət aldığını deyib.

O, həmçinin Odessada SOCAR şirkətinin neft bazasına hücum edildiyini də xatırladıb. Zelenski həmin neft obyektinə hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb. 

Xatırladaq ki, Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum zamanı Odessada SOCAR-ın bazasına zərbə endirilib. 

Bundan əvvəl isə, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb. 

Seçilən
10
50
demokrat.az

10Mənbələr