AZ

Azərbaycan xaricə bu il 14,4 milyard dollarlıq təbii qaz satıb

Bu ilin ilk 7 ayında Azərbaycandan 5 milyard 269 milyon dollar həcmində 14 milyard 410 milyon kub metr təbii qaz ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 513,3 milyon dollar və ya 10,8%, miqdar ifadəsilə isə 564,3 milyon kub metr, başqa sözlə 4,1% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 4 milyard 756 milyon dollar dəyərində 13 milyard 845 milyon kub metr təbii qaz ixrac olunmuşdu.

Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kub metrinin orta ixrac qiyməti 622 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 584 manat idi. Bu da illik müqayisə ilə 38 manat və ya 6,5% bahalaşma deməkdir.

Bu il 7 ayında ümumi ixracın 34,60%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 29,54% olub.

Seçilən
25
50
fed.az

10Mənbələr