Son çempion "Napoli"də A Seriyasının başlamağına az qalmış ciddi itki yaşanıb.
Offsideplus.az xəbər verir ki, Neapol klubunda Romelu Lukaku sıradan çıxıb. Belçikalı hücumçunun 3 ay meydanlardan uzaq qalacağı gözlənilir.
"Napoli" buna görə mərkəz hücumçusu arayışlarına başlayıb.
Lukaku ötən mövsüm "mavilər"in İtaliya çempionluğunda vacib rol oynamışdı.
Qeyd edək ki, İtaliya A Seriyası bu həftəsonu başlayacaq.