AZ

“Ərdoğan bir həmlə ilə İranı kənarda qoydu” Xarici KİV

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Fransanın nüfuzlu qəzetlərindən "Le Journal du Dimanche" (JDD) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “neo-Osmanlı strategiyası” ilə bölgədə güc balansını dəyişdiyini və İranı oyundan kənar qoyduğunu iddia edən təhlil yayımlayıb.

Analizdə qeyd olunur ki, bu strategiya İsraildə panikaya səbəb olub və Türkiyə “İrandan da böyük təhlükə” kimi qiymətləndirilib.

"JDD"-də yer alan təhlilə görə, israilli hərbçi və mütəxəssislər Ankara ilə Tel-Əviv arasındakı gərginliyin artmasından narahatdır. Qəzet yazır ki, Ərdoğan İslam dünyasında liderlik mövqeyini gücləndirməyə çalışır və Suriya üzrə fəaliyyəti İsrail üçün strateji təhlükə yaradır.

Tel-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Ofer Quterman bildirib ki, İran artıq bölgədə əsas oyunçu deyil və Erdoğan bunu nəzərə alaraq Suriya üzərində hərbi və iqtisadi təsirini artırmaq üçün fürsətdən istifadə edir. İsrail ordusu Suriyanın cənubunda Türkiyə tərəfdarı qüvvələrin yerləşməsindən narahatdır.

"JDD"-yə danışan yüksək səviyyəli İsrailli rəsmilər bildiriblər ki, Türkiyə yalnız Qəzzadakı savaş dayandıqdan sonra danışıqlara razı olacaq. Analizə görə, İsrail ilə birbaşa əlaqə xətti mövcud deyil, bütün ünsiyyət Vaşinqton vasitəsilə həyata keçirilir.

Qəzet xatırladır ki, Ərdoğan Qəzzadakı aclıq görüntülərini nazi düşərgələri ilə müqayisə edərək İsraildə böyük etirazlar yaradıb. 

Fransız qəzetinə görə, ABŞ-nin son dövrdə Suriya ərazisindən çəkilməsi, Türkiyəyə bölgədə təsirini artırmaq imkanı yaradıb. Ərdoğan Suriya üzrə yenidənqurma prosesində rol almaq istəyir ki, bu da İsrail üçün “qırmızı xətt” kimi qiymətləndirilir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
50
azpolitika.info

10Mənbələr