ain.az bildirir, Fanat saytına əsaslanaraq.
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Sele” (Sloveniya) və “Banik” (Çexiya) klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq.
Ona laynsmanlar Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Daha bir həmyerlimiz Rəşad Əhmədov isə VAR assisenti olacaq.
Hakimlərimizin işinə Şotlandiyadan olan hakim-inspektor Vilyam Kollum qiymət verəcək.
Görüş avqustun 21-də Sloveniyanın Sele şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.