AZ

Zelenskidən SOCAR-ın neft bazasının vurulmasına - Reaksiya

Ajans.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib.  Ukrayna lideri Rusiyanın hücumları nəticəsində Xarkovda 7, Zaporojyedə isə 3 nəfərin həlak olduğunu, daha 20 nəfərin isə xəsarət aldığını deyib. O, həmçinin Odessada SOCAR şirkətinin neft bazasına hücum edildiyini də xatırladıb. Zelenski həmin neft obyektinə hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb.  Xatırladaq ki, Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum zamanı Odessada SOCAR-ın bazasına zərbə endirilib.  Bundan əvvəl isə, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb. 

Onu da bildirək ki, avqustun 10-da V.Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Söhbət zamanı, tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib.

Seçilən
47
50
Ajans.az

10Mənbələr