AZ

Nigeriyada qayıq batıb - Onlarla insan itkin düşdü

Nigeriyanın Sokoto əyalətində sərnişin qayığı batıb.


Manset.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 40 nəfər itkin düşüb, 10 nəfər isə xilas edilib.

Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) rəisi Zubaida Umar, axtarış və xilasetmə işlərinin davam etdiyini bildirib.

Bölgə sakinləri və xilasetmə komandasının səyləri nəticəsində itkin düşən şəxslərin tapılması üçün işlər sürətləndirilir. Təcili yardım və xilasetmə komandalarının hadisə yerində olduğu bildirilib.

Seçilən
15
13
manset.az

10Mənbələr