AZ

Musson yağışları 660 nəfərin ölümünə səbəb olub

Yazını böyüt
Yazını kiçilt

Pakistanda iyun ayının sonundan başlayan musson yağışları 660 nəfərin həyatına son qoyub, 929 nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarəedilməsi İdarəsi məlumat yayıb. Qeyd olunur ki, təbii fəlakət nəticəsində 2 500-ə yaxın bina zədələnib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəydiyi bildirilir. Məlumata görə, ən çox insan itkisi ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb - 392 nəfər. /TASS/

Seçilən
21
19
hafta.az

10Mənbələr