AZ

Erməni kilsəsi yenə təxribatçı rolda: I Aram Vaşinqton razılaşmasını hədəfə aldı

17 avqustda keçirilən dini ayin zamanı Kilikya Katolikosu I AramVaşinqtonda imzalanmış Azərbaycan–Ermənistan razılaşmasına münasibət bildirərək, sənədin “erməni xalqına detallı şəkildə təqdim olunmalı” olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, bu barədə emrəni mediası məlumat yayıb.

I Aram bəyan edib ki, bu sənəd birtərəfli güzəştlərə və “şübhəli bəndlərə” əsaslanarsa, Ermənistan üçün təhlükə yarada bilər. O, ermənilərin də bu saziş barədə söz deməli olduğunu vurğulayıb. Erməni katolikos həmçinin Ermənistanın “geosiyasi güclərin toqquşma meydanına çevrilə biləcəyini” iddia edib.

Erməni kilsəsinin başçısı bununla kifayətlənməyib, Qarabağ mövzusunu da yenidən gündəmə gətirib. O, “ermənilərin (mətndə uydurma bir ad göstərilib-red.) qayıdış hüququ”ndan və guya “kilsələrin beynəlxalq-hüquqi qorunmasından” danışaraq, Azərbaycanın daxili işlərinə qarışan, reallıqdan uzaq açıqlamalar verib.

Aydın görünür ki, erməni kilsəsi növbəti dəfə dini tribunanı siyasi məqsədlərlə sui-istifadə edərək, regionda sülh təşəbbüslərinə kölgə salmağa çalışır. Azərbaycanın ərazi bütövlüyü bərpa edildiyi halda, kilsə hələ də separatizmi dəstəkləyən ritorikadan əl çəkmir./Musavat.com/

Seçilən
20
50
turkustan.az

10Mənbələr