AZ

Zelenski SOCAR-ın Odessadakı terminallarına hücuma münasibət bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski SOCAR-ın Ukraynanın Odessa şəhərində yerləşən neft anbarının dağıdılmasına münasibət bildirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə öz "Telegram" kanalında yazıb.

"Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən hücum olub. Bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir", - V.Zelenski qeyd edib.

Xatırladaq ki, Rusiya pilotsuz uçuş aparatlarla Ukraynanın Odessa şəhərinə hücum edib.

Məlumata görə, hücum zamanı ərazidəki SOCAR terminalları və Ukrayna poçt xidmətinin anbarları zədələnib.

Seçilən
36
4
far.az

10Mənbələr