Sea Breeze

Azərbaycanda Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Bundan başqa, istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb.

Yurd.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələrdə bildirilir.

“Ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 4.1-ci bəndinə əsasən, hər sağlam buzova və balağa (camış balasına) görə 100 manat subsidiyanın ayrılmasına, damazlıq heyvanların dəyərinə müəyyən güzəştlərin tətbiq olunmasına baxmayaraq, ölkə üzrə iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı son illər, o cümlədən 2024-cü ildə azalıb”, – deyə sənəddə qeyd olunub.

ETX
ETX
ETX