"Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin vətənə qaytarılması məsələsi Ermənistanın diqqət mərkəzində qalmaqda davam edir".
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.
"Bu yaxınlarda bu məsələ ən yüksək səviyyədə, Ermənistanın baş naziri tərəfindən açıq şəkildə müzakirə edildi. Ermənistanın nümayəndələri müxtəlif formatlı görüşlərdə bu məsələni qaldırır və həll yollarını axtarırlar.
Eyni şəkildə, həbs edilmiş şəxslərin azad edilməsi məsələsi Xarici İşlər Nazirliyinin prioritet gündəmində qalır. İlk növbədə bu, Azərbaycan tərəfi ilə təmaslarda müsbət nəticə, o cümlədən tərəflər arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi gözləniləndir", - deyə məlumatda qeyd olunub.
“Cebheinfo.az”