AZ

Kiyev "Dinamo"sunun sabiq futbolçusu Azərbaycan klubuna nə vaxt qoşulacaq? - SON DURUM

"Araz-Naxçıvan"ın sabiq müdafiəçisi Mohammed Kadirinin yeni mövsümə 1-ci Liqa təmsilçisi "Mingəçevir"də başlayacağı bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qanalı oyunçu hələ də Azərbaycana gəlməyib.

Aran klubunun afrikalı futbolçu ilə şərtlərlə bağlı razılaşsa da, Kadirinin gəlişi sənədlərlə bağlı problemlər üzündən ləngiyir. Onun yaxın 10-15 gündə ölkəmizə təşrif buyuraraq "şəhərlilər"in düşərgəsinə qoşulacağı gözlənilir. 

Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr