AZ

İran Prezidenti Ermənistana rəsmi səfər edib

İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfərə gəlib.

“Report”un məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir.

Onun səfəri iki gün davam edəcək.

“Zvartnots” hava limanında Pezeşkianı baş nazirin müavini Mher Qriqoryan qarşılayıb.

İran Prezidenti uçuşdan əvvəl bildirib ki, İrəvana səfərinin əsas mövzusu “Şimal-Cənub” nəqliyyat dəhlizinin müzakirəsi ilə bağlı olacaq. O, həmçinin qeyd etdi ki, “Şərq-Qərb” marşrutu ticarət üçün mühüm platforma ola bilər.

M.Pezeşkian vurğulayıb ki, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələsi də nəzərdən keçiriləcək.

Səfər zamanı o, Ermənistanın Baş naziri və prezidenti ilə danışıqlar aparacaq.

Bundan başqa, əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Xəbər verildiyi kimi, avqustun 19-da onun iştirakı ilə Ermənistan-İran biznes forumunun keçirilək.

M.Pezeşkian Ermənistandan Belarusa gedəcək.

Seçilən
21
50
tribunainfo.az

10Mənbələr