AZ

İtaliya sahillərində 30 miqrant xilas edilib

Roma, 18 avqust, AZƏRTAC

İtaliyanın sahil mühafizə xidmətinin əməkdaşları dənizdə kiçik qayıqda köməksiz vəziyyətdə qalan 30 miqrantı xilas ediblər.

AZƏRTAC xəbər verir ki, sahil mühafizə xidmətinin patrul gəmiləri sahildən 150 mil aralıda, İon dənizində 7 metrlik qayıq aşkarlayıb. Xilas edilən miqrantlar patrul gəmiləri ilə ölkənin cənubundakı Kalabriya regionunun Rokkella İonika qəsəbəsinə çatdırılıblar, onlara təcili yardım xidmətləri göstərilib.

Qayığın Liviyadan yola düşdüyü, sərnişinlərin isə əsasən Banqladeş və Misir vətəndaşları olduqları bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
21
5
azertag.az

10Mənbələr