AZ

Azərbaycan albalı və gilası hansı ölkələrə və neçəyə satır? – Siyahı


Bu ilin ilk yarısında Azərbaycandan xaricə ümumi dəyəri 20 milyon 156,3 min dollar olan 16 min 209,3 ton albalı (gilənar) və gilas ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan albalı və gilasın 99,3%-i və ya 16 min 96 tonu Rusiyaya göndərilib.
Qeyd edək ki, Rusiyaya göndərilən albalı və gilasın bir kiloqramının orta gömrük dəyəri 2,1 manat olub.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə albalı və gilasın ixracı 26% azalıb. Belə ki, ötən ilin ilk yarısında Azərbaycan xaricə 21,2 milyon dollar dəyərində 22 min ton albalı və gilas ixrac edib. Bir kiloram albalı və gilasın gömrük dəyəri isə ötən ildəkindən 46 qəpik ucuz – 1,64 manat olub.
Onu da bildirək ki, bu il Azərbaycan Rusiyadan başqa aşağıdakı ölkələrə albalı və gilas satıb:
Rusiya – 16,1 min ton (bir kiloqramın orta gömrük dəyəri 2,1 manat);
Qazaxıstan – 73,5 ton  (1,37 manat);
Gürcüstan – 15,85 ton (1,45 manat);
Bolqarıstan – 13,76 ton (3,5 manat);
Belarus – 5,13 ton (9,8 manat);
BƏƏ – 3,77 ton (9,6 manat);
Honkonq – 1,2 ton (6,8 manat).


Elnur Əli
Seçilən
32
12
yeniavaz.com

10Mənbələr