AZ

“Bu oyunda çox fiziki güc sərf etməli olacağıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la oyunundan qabaq rəqibi dəyərləndirib. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis Budapeştə yollanmazdan əvvəl Hava Limanında açıqlama verib:

“Bir neçə gün yaxşı hazırlıq keçdik. Sadəcə rəqibi tam yaxından tanımırıq. Amma  istədiyimiz qaydada hazırlaşa bildik. Çox fərqli bir komandaya qarşı mübarizə aparacağıq. Fərqli bir sistemdə oynayırlar. Bu oyunda çox fiziki güc sərf etməli olacağıq. Çünki hücuma həddən artıq tez keçirlər və uzun toplardan çox istifadə edirlər. Standart vəziyyətlərdən ciddi şəkildə yararnarırlar. Hətta bir az sərt oynayırlar. Bəlkə də bizə bir qədər uyğun olmayan rəqibdir. Hər top itkisindən sonra yenidən düşündüyümüz oyunu göstərməyə xeyli vaxt və güc lazım olacaq. Buna da hazır olmalıyıq. Futbolçularımızın belə oyunlar üçün təcrübələri var. Oyunun əvvəlində ola bilər ki, hər hansı çətinlik olsun. Amma ümid edirəm ki, üstünlüyü ələ almaq üçün get-gedə düzgün düşünə biləcəyik.

Biz hər şansdan maksimum yararlanmağa çalışırıq. Belə oyunlar bəzən baxımsız olur. Hər iki tərəf nəticəni daha çox düşünür. Belə oyunlarda şanslarımızı 50-50-yə dəyərləndirirəm. Amma istəyimiz çoxdur”. (CBC Sport)

Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” matçı avqustun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
20
50
msport.az

10Mənbələr