ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 avqust, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi avqustun 18-dən sentyabrın 1-i saat 16:00-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyən amizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji staja malik şəxslər iştirak edə bilərlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.