AZ

Bağçalar üçün direktor seçiminə elektron sənəd qəbulu başlanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 avqust, AZƏRTAC

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi avqustun 18-dən sentyabrın 1-i saat 16:00-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən amizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji staja malik şəxslər iştirak edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
29
azertag.az

10Mənbələr