AZ

Birinci yarımildə Azərbaycan 19 ölkəyə 14 milyon tondan çox neft satıb – SİYAHI

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 7,7 milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,6 milyard ABŞ dolları və ya 17%, həcm ifadəsində isə 225,5 min ton və ya 1,5% azdır.

 

Hesabat dövründə Azərbaycandan İtaliyaya 4,2 milyard ABŞ dolları dəyərində 8,4 milyon ton neft ixrac edilib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:

 
Seçilən
54
16
day.az

10Mənbələr