AZ

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, görülən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35 yaşlı Nuranə Məmmədzadə saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfər də saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.

Seçilən
54
50
xalqqazeti.az

10Mənbələr