AZ

Alam ixracından gəlirlər 62% artıb - RƏQƏMLƏR

Bu ilin ilk 7 ayında Azərbaycandan 38,3 milyon dollar həcmində 54 min 387 ton alma ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14,7 milyon dollar və ya 62,4%, miqdar ifadəsilə isə 18 min 961 ton, başqa sözlə 53,5% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 23,6 milyon dollar dəyərində 35 min 426 ton alma ixrac olunmuşdu.

Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 20 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 13 qəpik idi. Bu da illik müqayisə ilə 7 qəpik və ya 6,2% bahalaşma deməkdir.

Bu il 7 ayında ümumi ixracın 0,25%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,83%-i almanın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,15% olub.


Seçilən
34
42
fed.az

10Mənbələr