2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələri elan edilib.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.