Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.Metbuat.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti belə halı “Zeta Clothing” MMC-də aşkarlayıb. Şirkət qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satıb.Baş verən pozuntuya görə, MMC-yə iyulun 14-də İnzibati Xətalar Məcəlləsinin 447.0.1 bəndi - "Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması" üzrə protokol yazılıb.Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, “az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.Onu da bildirək ki, “Zeta Clothing” MMC-nin nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin qanuni təmsilçisi isə Məcidov Samir Yaqub oğludur.