AZ

“Tramp yolu” ilə bağlı narahatlıqlar var, bu İrəvanda müzakirə olunacaq - Pezeşkian

Ermənistana səfəri zamanı digər məsələlərlə yanaşı, kommunikasiya və mədəni marşrutları, xüsusilə “Şimal-Cənub” dəhlizini gücləndirmək yollarını müzakirə edəcəyik.

Ölkə.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian  Ermənistana səfər öncəsi hava limanında deyib. 

"Şərq-Qərb marşrutuna gəlincə, bu, təbii ki, bu istiqamətdə ticarət yolunun inkişafı üçün əlverişli platformaya çevriləcək və biz onu genişləndirməyə çalışırıq", - Pezeşkian əlavə edib. 

Ermənistan və Azərbaycan arasında sülh sazişindən sonra Amerika şirkətlərinin Ermənistanda olması ilə bağlı narahatlıqlardan danışan Pezeşkian qeyd edib: "Təbii ki, Amerika şirkətlərinin regionda olması ilə bağlı narahatlıqlar var, çünki onlar bir şirkətin maraqlarını təmsil edir və gələcəkdə başqa fəaliyyət növləri ilə məşğul ola bilərlər. Biz bu məsələləri Ermənistan rəsmiləri ilə müzakirə edəcəyik".

Mürtəza

Seçilən
71
26
olke.az

10Mənbələr