AZ

Dənizin həbs müddəti uzadıldı - Bu dəfə eks-baş həkim şikayətçidir

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəza müddəti daha 1 ay artırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında belə qərar çıxarıb.

Müğənni bu dəfə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımovanı təhqir etməkdə və ona qarşı böhtan xarakterli məlumatlar yaymaqda təqsirli bilinib. Həkim iddia edir ki, müğənni onu vəzifə cinayətlərində ittiham edib. Həmin ittihamlar mediada yayılıb.

Hökmə əsasən, əvvəlki cəza ilə birləşdirilməklə Dəniz Əsədovaya ümumilikdə 8 ay həbs təyin edilib.

Müğənni baş həkimin ittihamlarını qəbul etmir, hökmdən apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, D.Əsədova bundan əvvəl də vəkillərdən birinin şikayəti əsasında məhkum olunmuşdu.

Seçilən
28
17
qafqazinfo.az

10Mənbələr