AZ

Meşə yanğınları Avropa paytaxtlarına yaxınlaşır

Bu il Avropanı rekord qıran ən böyük meşə yanğınları bürüyüb. Bununla yanaşı, yanğınlar paytaxt şəhərlərə, xüsusilə Madrid (İspaniya), Afina (Yunanıstan) və Podqoritsa (Monteneqro) getdikcə yaxınlaşır. Ən çətin vəziyyət Portuqaliya və İspaniyadadır ki, yanğınlar nəticəsində artıq ümumilikdə 6 nəfər həlak olub.

HİT.az xəbər verir ki, bu barədə Earth.org yazıb.

Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, 2025-ci ilin əvvəlindən Avropa İttifaqında 439,6 min hektar meşə yanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (188,6 min hektar) və son 19 ildə (2006-2024) bu dövr üçün orta göstəricidən iki dəfə çoxdur.

İspaniyada son bir həftə ərzində yanğınlar 70 min hektardan çox ərazini məhv edib. İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib: "Biz 20 ildir ki, belə yanğın görməmişik. İqlim dəyişikliyi və anomal istilər səbəbindən yanğınlar xüsusi xüsusiyyətlərə malikdir".

Baş nazir Pedro Sançez böhran səbəbindən tətilini yarımçıq dayandırmaq məcburiyyətində qalıb və bazar günü yanğınlardan zərər çəkmiş bölgələrə səfər edib.

Samir
 

Seçilən
46
18
hit.az

10Mənbələr