2025-ci ilin yanvar-iyul aylarında ölkədən 17,03 milyon dollar dəyərində 7,2 min tondan çox pambıq ipliyi ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 18,22 faiz, həcm olaraq 28,23 faiz çoxdur.
Hesabat dövründə bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,82 faizə bərabər olub.