AZ

Banklar dövlətin 400 milyon manatını 28 gündə necə qaytaracaq?..


Əkrəm Həsənov: "Bu vəsait nizamnamə kapitalına uyğun proporsiya ilə bütün banklara verilməlidir"

Avqustun 15-də Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının 400 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bu dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Banklar 400 milyonu 28 gündə hara və necə xərcləyir ki, həm özlıri qazanlr, həm də üstünə 7 fauz qoyub Maliyə Nazirliyinə qaytarırlar?

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov baki-xeber.com-a açıqlamasında bildirdi ki, əvvəla 7% aylıq deyil, illik faiz dərəcəsidir, bu, aylıq 0.58 faizə bərabərdir: "Banklar Maliyyə Nazirliyinin depozit hərracında götürdüyü bu 400 milyon manatı sadəcə “oturdub gözləmir”. Bankın qazanc mexanizmi ondan ibarətdir ki, aldığı pulu daha yüksək gəlirliliklə yerləşdirir. Gəlin, prosesi ardıcıllıqla izləyək. Bankın əsas qazanc mexanizmlərindən biri qısamüddətli kreditlərdir.

Bank bu vəsaitin bir qismini iri şirkətlərə və ya etibarlı müştərilərə 10–15%-lə qısamüddətli kredit kimi verə bilər. Arada nazirlik kredit müddətini artıra da bilir. Belə olduqda 28 gün ərzində bank Maliyyə Nazirliyinə 7% ödəyib, özü daha yüksək faizlə gəlir götürür.

Digər tərəfdən, banklar bu pulu repo əməliyyatları və qiymətli kağızlara yatıra bilər. Yəni banklar bu vəsaiti dövlət istiqrazlarının alqı-satqısında (repo əməliyyatları) istifadə edə bilər. Orada faizlər də bəzən 8–10%-ə çata bilir. Yəni risq az, gəlir isə stabil olur.

Belə vasaitlərin ən münbit arenası interbank (banklararası) bazarlardır. Bank bu pulu digər banklara qısamüddətli borc verə bilər. İndi manat likvidliyinə tələbat olduğuna görə interbank faizləri 7%-dən də yuxarı ola bilər. Banklarda ani likvidlik əsas göstəricidir. Yəni bankda hər an pul olmalıdır. Məsələn, əmanətçi pulu banka bir illik qoyub, bank isə onu 1 illiyə kredit verib. İstənilən an əmanətçi vəsaitini geri çəkə bilər, o an bank əmanətçiyə deyə bilməz ki, sənin pulunu kreditə vərmişəm, gözlə. Belə vəziyyətə düşən banklar həmişə əlimyandıda pul axtarır.

Belə pulların başqa bir aləti valyuta əməliyyatları ola bilər. Qısa müddətli valyuta alış-satışından da əlavə qazanc mümkündür. Amma bu, daha risqli yoldur.

Bankın qazancı necə formalaşır? Maliyyə Nazirliyi bankdan təhlükəsiz depozit yeri kimi istifadə edir. Bank isə aldığı pulu “daha yüksək gəlirlə işlətməyə” çalışır. Məsələn, nazirlik banka 28 günə 7% illiklə depozit qoyub. Bu, faktiki 1 aylıq təxminən 0.58% gəlir deməkdir. Bank isə həmin pulu 12% illiklə qısamüddətli kredit verərsə, 1 ayda təxminən 1% gəlir götürəcək. Bu da bankın xalis qazancıdır.

Başqa bir sual yarana bilər ki, niyə Maliyyə Nazirliyi özü birbaşa bu qazancı əldə etməyib?

Çünki nazirlik kredit vermə funksiyası daşımır, yəni üzərinə bank risqi götürmək səlahiyyətinə malik deyil. Dövlət vəsaitlərinin idarəsində təhlükəsizlik və sabitlik əsasdır. Banklar isə bu risqi götürür, qazanc müqabilində zərər risqi də daşıyır.

Yəni sadə dillə desək, Maliyyə Nazirliyi pulunu müvəqqəti boş qalmaması üçün banklara verir. Bank isə həmin pulu bazarda “daha baha qiymətə satır” və fərqdən qazanır. Nazirlik də həm bank sistemini likvidliklə təmin edir, həm də özü boş dayanmış pulu 0%-lə yox, 7%-lə “işlətmiş” olur.

Burada əsas sual odur ki, ölkədə 24 bank olduğu halda Maliyyə Nazirliyi nəyə görə 400 milyon manat pulu 5 banka verir. Bu, rəqabət mühitini pozur, həmin beş bankın mövqeyini digərlərı üzərində inhisarlaşdırır. Kerditorlar və digər müştərilər dövlətin seçiminə uyğun olaraq bu beş banka daha çox etibar edir. Bu ayrıseçkilik maliyyə bazarında tarazlıği pozur. Bu vəsait nizamnamə kapitalına uyğun proporsiya ilə bütün banklara verilməlidir".

Akif NƏSİRLİ

Seçilən
5
4
baki-xeber.com

10Mənbələr