ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Fələstin hökuməti tezliklə Qəzza zolağının idarə edilməsi üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcək.
Bu barədə Baş nazir Məhəmməd Mustafa Misir və Qəzza zolağı sərhədindəki "Rəfah" keçid məntəqəsinin yaxınlığında keçirilən mətbuat konfransında bildirib.
"Biz tezliklə Qəzzanın idarə edilməsi üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, komitə Fələstin Milli Administrasiyasının nəzarəti altında olacaq.
\report
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.