AZ

Etimad İsmayılovun qatilinin yeri bilindi - Ev həbsindən yayınan Dəmirov görün hara gedib

"Etimadın qatili hazırda Belarusiyadadır".

Bu barədə Publika.az-a Ədalət Partiyasının sabiq sədri, mərhum İlyas İsmayılovun qardaşı oğlu Gündüz İsmayılov məlumat verib.

"Bir il öncə onkoloji xəstəliyinə görə ev dustaqlığına buraxılıb. O isə qanunsuz olaraq ölkəni tərk edib. Onun həyat yoldaşı belarusiyalıdır. Bildiyimizə görə, Gözəl Dəmirov da Belarusiyaya - həyat yoldaşının yanına gedib”.

G.İsmayılov G. Dəmirovun Etimad İsmayılovu qətlə yetirdiyinə görə 18 il həbs cəzası aldığını qeyd edib:

“O, çox nankor adamdır. Əmim oğlunu öldürməmişdən bir müddət öncə, borca görə onun öz ailə üzvlərini girov götürmüşdülər. Etimadın zəngi ilə ailəsi azadlığa buraxılmışdı. Məhkəmədə də rəhmətlik əmim (İlyas İsmayılov - red.) dedi ki, niyə belə etdin? Cavab verə bilmədi".

Seçilən
0
26
publika.az

10Mənbələr