AZ

"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda

style='margin-bottom:10px;'>

"Hər kəs bu iki qarşılaşmaya hazırdır. Nə psixoloji, nə də fiziki yorğunluqdan əsər-əlamət yoxdur. Əksinə, hər kəs bu mərhələdə iştirak edə bildiyinə görə xoşbəxtdir".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un (Macarıstan) futbolçusu Qavriel Kanikovski bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib. 

Yayda Təl-Əviv "Makkabi"sindən "Ferensvaroş"a qoşulan israilli futbolçu komandaya tez uyğunlaşdığını bildirib: "Yeni oyunçu kimi heç kimə asan olmur, amma Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi, şansımı tez əldə etdim. Burada olmaq heyrətamizdir, Əvvəlki komandamda fərqli sistemdə və bir az geridə oynayırdım. Amma vəzifə eynidir, komandaya qol vurmağa kömək etməkdir".

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Seçilən
21
50
teleqraf.com

10Mənbələr