AZ

Sudanın Baş naziri muzdluların ölkəyə göndərilməsinə son qoymağa çağırıb

ain.az bildirir, 525.az portalına istinadən.

Sudanın Baş naziri Kamil İdris Kolumbiya xalqını və digər ispandilli ölkələri muzdlu əsgərləri Sudan ordusu ilə üsyançı Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasındakı qarşıdurmada döyüşmək üçün göndərməyi dayandırmağa çağırıb.

525.az xəbər verir ki, bu barədə “Sudan News Agency” Baş nazirin müraciətinə istinadən məlumat yayıb.

“Bu müraciət El-Faşerin mühasirəsinin aradan qaldırılmasında bizə qətiyyətlə dəstək vermək və muzdluların torpaqlarımıza göndərilməsinə son qoymağa çağırmaq məqsədi daşıyır”, - Baş nazir bildirib.

O, daha əvvəl parlamenti ölkə vətəndaşlarının xarici münaqişələrdə iştirakını qadağan etməyə çağıran Kolumbiya Prezidenti Qustavo Petronun bəyanatını da alqışlayıb.

Avqustun əvvəlində Sudan ordusu ÇRQ-nin nəzarətində olan Nyala aerodromuna hava hücumu zamanı göyərtəsində kolumbiyalı muzdluların olduğu təyyarənin məhv edilməsi barədə məlumat verib. Ən azı 40 əcnəbi döyüşçü öldürülüb.

Kolumbiyanın “La Silla Vacía” nəşri daha əvvəl bu ölkədən olan muzdluların Sudanda mövcudluğu ilə bağlı araşdırma dərc edib. Keçmiş muzdlu hərbçinin təqdim etdiyi materiallar arasında Nyala aerodromundan kolumbiyalı əsgərlərin yerə enən təyyarədən çıxmasını əks etdirən video da var.

Sudan ordusu ilə ÇRQ arasında vətəndaş müharibəsi 2023-cü aprelində başlayıb.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
50
525.az

10Mənbələr