AZ

7 8 sm lik bir dölün öldürülməsi ilə 5 ya 15 yaşlı uşağın öldürülməsi arasında heç bir fərq yoxdur Ginekoloqdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Cinsiyyətindən asılı olmadan hər bir ailədə doğulacaq körpə yeni can, yeni həyatdır, Allahın valideynlərə bir lütfüdür. Lakin çox təəssüf hissi ilə qeyd etmək istərdim ki, cəmiyyətimizdə doğulacaq körpənin cinsinin valideynləri maraqlandırması və öncədən planlaşdırılması heç də xoş hal deyil".

Bu fikirləri Redaktor.az-a açıqlamasında həkim-ginekoloq Zəhra Vəliyeva uşaqların cinsiyyətinə görə abort edən valideynlərdən danışarkən bildirdi.

"Hamiləlikdən öncə körpənin cinsiyyətinin təxmin edilməsi, bəzi təqvimlərə əsasən hesablanması və hamiləliyin planlaşdırılması günümüzdə “təkrar ana” olmağa hazırlaşan qadınları, bəzən isə kişiləri, nənə-babaları daim düşündürür. Hətta hamiləliyin müəyyən həftəsindən sonra dölün cinsiyyətinin təyini və “arzuolunmaz cins” olduğu halda hamiləliyin pozulması hallarına günümüzdə çox rast gəlinir. Bu, sivilizasiyanın inkişaf etdiyi, amma düşüncələrin hələ də geridə qaldığı dövrdə ifrat dərəcədə baş verir. Kifayət qədər böyük ölçüdə və yaşama qabiliyyətinə malik olan bir dölün həyatının sonlandırılması isə heç kimi narahat etmir".

Həkim vurğuladı ki, özünü “valideyn” adlandıran bir şəxs belə bir “cinayətə” əl atmamalıdır:

"Çünki təqribən 7-8 sm-lik bir dölün öldürülməsi ilə 5 ya 15 yaşlı uşağın öldürülməsi arasında heç bir fərq yoxdur. Bu günahın kimlərdə olduğunu demək isə elə də çətin deyil. Doğulacaq körpənin cinsiyyətinin gələcək həyatda valideynlər üçün nəyi dəyişəcəyi fikri olduqca maraqlıdır. “Oğlan” övladına sahib olmağın bir üstünlük hesab edilməsi bəlkə də yalnız bizim cəmiyyətimiz üçün bu qədər önəmlidir. Cinsiyyətindən asılı olmayaraq övladlarınızı sevin və qoruyun", - deyə Zəhra Vəliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
50
redaktor.az

10Mənbələr