AZ

Kondisionerlə qorxulu xəstəlik yayılır - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Yay aylarında kondisionerlər istidən xilas yolu kimi görünür. Lakin düzgün işləməyən və ya vaxtında təmizlənməyən kondisionerlər insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilə bilər. Həkimlərin sözlərinə görə, çirkli soyutma və havalandırma sistemləri müxtəlif infeksiyaların, allergiyaların və hətta pnevmoniyanın yayılmasına səbəb ola bilir.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bu vəziyyəti “Xəstə bina sindromu” adlandırırlar.

Bu sindrom uzun müddət kondisionerli və zəif havalandırılan məkanlarda qalan insanlarda baş ağrısı, başgicəllənmə, öskürək, burun axması, dəri qıcıqlanması və xroniki yorğunluq kimi əlamətlərlə özünü göstərir. Ən maraqlısı isə odur ki, bu simptomlar bina tərk edildikdən sonra azalır və ya tamamilə yox olur.

Təhlükəli mikroorqanizmlər

Pis vəziyyətdə olan kondisionerlər havaya allergenlər, kimyəvi maddələr (benzol, formaldehid) və patogen bakteriya-göbələklər buraxa bilər. Onlardan ən təhlükəlisi Legionella pneumophila bakteriyasıdır. Bu bakteriya “legionellyoz” adlı ciddi ağciyər xəstəliyinə səbəb olur və xüsusilə ofislərdə, xəstəxanalarda çirkli su sistemi olan məkanlarda yayıla bilir.
 

Eyni zamanda, göbələk infeksiyaları da havalandırma sistemi vasitəsilə yayılır və zəif immunitetli insanlarda, o cümlədən uşaqlarda daha təhlükəli olur.


Çində isə aparılan araşdırmada uşaqların mədə-bağırsaq virusuna (norovirus) sinif otağındakı kondisioner vasitəsilə yoluxduğu müəyyən olunub.

Müsbət təsirlər də mümkündür

Bununla yanaşı, düzgün işləyən və mütəmadi təmizlənən kondisionerlər əksinə, virusların, o cümlədən COVID-19-un yayılma riskini azalda bilər. Lakin havanın həddindən artıq quruması burun və boğazın selikli qişalarını zəiflədir, bu da infeksiyalara qarşı təbii müdafiəni azaldır.
 

Mütəxəssislər xəbərdarlıq edir kiŞ kondisionerləri yalnız mütəmadi texniki xidmət və peşəkar təmizlikdən sonra istifadə etmək sağlamlıq üçün təhlükəsizdir.


Havanın dövriyyəsi, nəmlik səviyyəsi və havalandırmanın düzgün qurulması “Xəstə bina sindromu”nun qarşısını almağın ən effektiv yollarıdır. (lent.az)

Bizim.Media

Seçilən
6
5
bizim.media

10Mənbələr