AZ

"İran zəif dövlət deyil, amma hazırda sınmış vəziyyətdədi" -Polkovnik

İranlı deputat Əmir Həyat Moqəddəm deyib ki, biz ABŞ-yə dənizdən hücum edə bilərik və SEPAH 20 ildir bunun üzərində işləyir və artıq müvafiq texnologiya bunu hazırlayıb. Onun sözlərinə görə, ABŞ təxminən 10 min kilometr uzaqda olsa da, İran gəmiləri 2 min kilometrədək irəliləyərək Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında  təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, hər hansı bir ölkədə deputatın söylədiyi fikir həmin dövlətin mövqeyi deyil, bu, sadəcə deputatın şəxsi mövqeyidir.

"Mən İranda belə texnoloji silahların mövcudluğuna inanmıram. ABŞ-nin böyük şəhərlərini uzaq məsafədən vurmaq iddiası isə yalnız təbliğat və psixoloji təzyiq xarakteri daşıyır. Ona görə də bu məsələyə ciddi yanaşmağa ehtiyac görmürəm. İran-İsrail məsələsində də İranın real gücü və mövqeyi ortaya çıxdı. İran zəif dövlət deyil, amma hazırda sınmış vəziyyətdədir. ABŞ kimi nəhəng bir dövlətlə müharibəyə girmək isə İranı fəlakətə sürükləyər. İranın sağlam qüvvələri də bunu yaxşı bilirlər. Yəni bu, bir deputatın dediyi sözlərlə uyğun gələn bir hal deyil. Ona görə də hesab edirəm ki, bu iddialar yalnız söz və təbliğatdan ibarətdir", - deyə o, qeyd etdi.

Xədicə BAXIŞLI
 

Seçilən
41
50
redaktor.az

10Mənbələr