AZ

53 yaşlı kişi timsahın qurbanı oldu

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

İndoneziyada 53 yaşlı kişi timsah tərəfindən parçalanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Cənubi Sulesi əyalətində, Bulete çayında baş verib.

Çayda çimərkən timsahın hücumuna məruz qalan Arifəddin adlı kişi yardım istəsə də, kömək gec gəlib. Hər halda 8 saata yaxın su altında qalan 4 uşaq atasının cəsədini xilasedicilər timsahın əlindən ala biliblər. Arifəddinin qalıqları ailəsinə təhvil verilib. 

Qeyd edək ki, təxmini hesablamalara görə, hər il dünyada mindən çox insan timsahların qurbanı olur. İndoneziyada son 10 ildə bu vəhşi heyvanlar ortalama 950 dəfə insanlara hücum edib. 450 halda hücum olunanlar həyatlarını itiriblər.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
525.az

7Mənbələr