AZ

"Nə psixoloji, nə də fiziki yorğunluqdan əsər-əlamət yoxdu" - "Ferentsvaroş"un futbolçusu

"Hər kəs bu iki qarşılaşmaya hazırdı. Nə psixoloji, nə də fiziki yorğunluqdan əsər-əlamət yoxdu. Əksinə, hər kəs bu mərhələdə iştirak edə bildiyinə görə xoşbəxtdi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş"un (Macarıstan) futbolçusu Qavriel Kanikovski bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

Yayda Təl-Əviv "Makkabi"sindən "Ferensvaroş"a qoşulan israilli futbolçu komandaya tez uyğunlaşdığını bildirib:
"Yeni oyunçu kimi heç kimə asan olmur, amma Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi, şansımı tez əldə etdim. Burada olmaq heyrətamizdi, Əvvəlki komandamda fərqli sistemdə və bir az geridə oynayırdım. Amma vəzifə eynidir, komandaya qol vurmağa kömək etməkdi".

Kanikovski 2022-ci ildə "Ferensvaroş"la "Qarabağ" arasında keçirilən görüşdən sonra hər iki komandada çox dəyişiklik olduğunu da vurğulayıb:
"Sabahkı oyun hər kəsi çox həyəcanlandırır. 2022-ci ildə "Ferentsvaroş" bu rəqiblə qarşılaşıb. Amma həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidi. Əsas odu ki, öz oyunumuzu oynayaq".
Seçilən
61
50
football-plus.az

10Mənbələr