Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardıq və Alyaskada ABŞ Prezidenti Donald Trampla keçirilən son görüşü müzakirə etdik.
Sitat.info xəbər verir ki, bunu Hindistan Baş naziri Narendra Modi özünün X hesabında yazıb.
“Dostum Prezident Putinə zəngi və Alyaskada Prezident Trampla keçirdiyi görüşlə bağlı paylaşdığı məlumatlar üçün təşəkkür edirəm. Hindistan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllini hər zaman dəstəkləyib və bu istiqamətdəki bütün səyləri alqışlayır. Qarşıdakı günlərdə əlaqələrimizin davamını səbirsizliklə gözləyirəm”, - baş nazir əlavə edib.