AZ

Novxanıda 56 yaşlı kişi evində sevgilisi ilə içki məclisi qurdu, sonda isə...— TƏFƏRRÜAT

Abşeron rayonunda 1969-cu il təvəllüdlü Məhəmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dostluq münasibətində olduğu Nigara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az
xəbər verir ki, hadisə 29 dekabr 2024-cü ildə rayonun Növxanı qəsəbəsində baş verib. 

Məhəmməd həmin gün saat 13 radələrində yaşadığı evdə tanışı Nigar ilə yemək yeyib, alkoqollu içki qəbul edib. O, alkoqol sərxoşluğunda olarkən Nigarın evdən getmək istəməsindən əsəbiləşib və bununla bağlı ona irad bildirib. 

Həmin vaxtı tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə Məhəmməd həmin səbəbdən Nigarın hücum edib. Əvvəlcə sifətindən bir dəfə şillə ilə zərbə endirib, əlləri ilə paltarının yaxasından tutaraq kənara itələməklə onun başını evin qapısına vurub. 

Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nigarla 15 il olar dost münasibətindədirlər: “Dekbarın 29-da Nigar mənim Novxanı kəndində yerləşən evimə gəldi.

Mağazadan bazarlıq edərək, yemək yedik və spirtli içki içdik. Bir neçə saat sonra Nigar getmək istədiyini deyərək, ünvanıma nalayiq ifadələr işlətdiyindən aramızda sözlə mübahisə baş verdi. Mübahisə vaxtı Nigara bir dəfə sifət nahiyəsinə şillə vuraraq kənara itələdim.
Bu zaman Nigarın baş nahiyəsi qapıya dəyərək, xəsarət aldı. Bundan sonra Nigar barəmdə polisə şikayət edəcəyini bildirdi, evdən getdi”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nigarın sözlərinə görə, dekabrın 29-da nahar vaxtında Məhəmmədin yaşadığı Novxanı qəsəbəsi ərazisində yerləşən evinə gedib, orada birlikdə spirtli içki olan qəbul ediblər: “Mən evimə gedəcəyimi dediyim üçün Məhəmməd ünvanıma nalayiq ifadələr işlətdi və beləliklə aramızda sözlə mübahisələrimiz baş verdi. Mübahisə vaxtı Məhəmməd məni qəsdən kənara itələdi. Mənim başım evin qapısına dəydi və zərbənin təsirindən yerə yıxıldım. Bu zaman Məhəmməd mənə yumruqla bir neçə dəfə baş və alın nahiyələrimə zərbələr vurmaqda davam etdi. Həmin vaxt Məhəmmədə polisə şikayət edəcəyimi dedim. Sonra Məhəmməd məndən aralaşdı. Bu zaman cəld evi tərk edərək, təcilli tibbi yardım vasitəsilə Bakı şəhəri ərazisində yerləşən xəstəxanaya getdim.
Orada mənə ilkin tibbi yardım göstərildikdən sonra baş nahiyəmə tikiş qoyuldu. Dekabrın 30-da evə buraxıldım”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Məhəmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
23
50
demokrat.az

10Mənbələr