AZ

KİV: Həmas İsrailli girovların yarısını azad edəcək

Fələstinin HƏMAS hərəkatı bir sıra fələstinli məhbusların qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad etməyə razılaşıb.

Operativ Media xəbər verir ki, bu iddia ilə Misirin Əl-Qahirə əl-İxbariyyə telekanalı çıxış edib.

Mübadilə 60 günlük atəşkəs çərçivəsində baş tutacaq.

Telekanalın mənbələrinə görə, Misir və Qətər vasitəçiləri HƏMAS-ın razılaşdığı təklifə əsasən humanitar yardımın maneəsiz şəkildə anklava daxil olmasını təmin etmək üçün İsrail qoşunlarının Qəzzanın dərinliklərindən çıxarılmasını da nəzərdə tuturlar.

Seçilən
28
50
operativmedia.az

10Mənbələr