AZ

"Əsas hədəfimiz və xəyalımız budur" - Türkiyə millisinin baş məşqçisi

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella qarşıdakı planlardan danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis yığmanın əsas məqsədini açıqlayıb:

“24 ildir qatılmadığımız bir turnir var. Həm hədəfimiz, həm də xəyalımız Dünya Çempionatına getməkdir. Türkiyə kimi böyük bir ölkənin böyük hədəflərə sahib olmasına inanıram”, – deyə Montella bildirib.

Qeyd edək ki, Türkiyə millisi sonuncu dəfə 2002-ci ildə Dünya Çempionatında iştirak edib.

Kamil Xudiyev

Seçilən
4
fanat.az

1Mənbələr