AZ

Qusarda taxılçılıqda bu mövsüm YÜKSƏK NƏTİCƏ - FOTO

2025-ci ildə Qusar rayonunda taxılçılıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yüksək məhsuldarlığa nail olunub. Cari mövsümdə rayonda ümumilikdə 19710 hektar sahədə taxıl əkilib, bunun 10650 hektarını buğda, 9060 hektarını isə arpa sahələri təşkil edib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qusar rayon icra hakimiyyətindən məlumat verilib.
 

Bildirilib ki, əkin dövründən başlayaraq məhsul yığımına qədər olan mərhələdə aqrotexniki tələblərə ciddi şəkildə riayət edilib, xəstəlik, ziyanverici və alaq otlarına qarşı kimyəvi və bioloji mübarizə tədbirləri vaxtında və düzgün formada həyata keçirilib.


Bitkilərin vegetasiya dövrü nəzərə alınaraq yemləmə gübrələrinin tətbiqi, torpağın münbitliyinin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, fermerlərə və məhsul istehsalçılarına aqrar sahə üzrə mütəxəssislər tərəfindən zəruri tövsiyələr verilib, eləcə də maarifləndirici tədbirlər və təlimlər təşkil edilib.
 

Görülmüş tədbirlər nəticəsində 2025-ci ildə Qusar rayonunda ümumilikdə 57440 ton taxıl məhsulu tədarük olunub. Bu göstərici hər hektardan 29.1 sentner məhsul götürülməsi ilə nəticələnib və son illərin ən yüksək məhsuldarlıq göstəricilərindən biri kimi qiymətləndirilir.


Hazırkı nəticələr rayonda ərzaq təhlükəsizliyi, yerli istehsalın gücləndirilməsi və kənd təsərrüfatı sahəsinin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
20
11
bizim.media

10Mənbələr