AZ

Tərtər rayonunda zəlzələ olub

Bakı,18 avqust, AZƏRTAC

Bu gün yerli vaxtla 20:02:28-də Bərdə stansiyasından 32 km şimalda, Tərtər rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 3,1 maqnitudalı zəlzələ üç kilometr dərinlikdə baş verib.

Yeraltı təkanlar 3 bala qədər hiss olunub.

Seçilən
17
27
azertag.az

10Mənbələr