AZ

Restoranda silahlı atışma - 3 ölü, 8 yaralı

Nyu-Yorkun Bruklin rayonunda atışma baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Avtosfer.az-ın xəbərinə görə, bu barədə "New York Post" polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bazar günü səhər tezdən Kroun-Hayts ərazisindəki Franklin prospektində yerləşən "Taste of City Lounge" restoranının içərisindən atəş səsləri eşidilib.

Nyu-York polis rəisi Cessika Tiş bildirib ki, insident yerli vaxtla saat 3:30 radələrində baş verib.

Jurnalistlərin məlumatına görə, 27 və 35 yaşlı üç kişi hadisədən sağ çıxa bilməyib. Bütün yaralılar xəstəxanalara çatdırılsa da, onların vəziyyəti hələ ki, açıqlanmır.

Hüquq-mühafizə orqanları hücumun baş vermə şəraitini araşdırır və atəş açanların şəxsiyyətini müəyyənləşdirir.

Seçilən
20
19
avtosfer.az

10Mənbələr