Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb
Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.