ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İnsan beyni yaşlandıqca kiçilir və bu, yaddaş qabiliyyətinə təsir göstərir. Əksər insanlar yaş irəlilədikcə unutqanlıqla üzləşir. Lakin bəzən 80 və ya 90 yaşında elə şəxslərə rast gəlirik ki, yaddaşları gənc insanlar qədər güclü qalır. Onlar "süper yaşlılar” adlanır.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində yaşayan 82 yaşlı Kerol Siqler bunun nümunəsidir. O, öz yaş qrupunda keçirilən Amerika Krossvord Puzzle Turnirinin qalibi olub. Siqler daha əvvəl məşhur "Jeopardy!” yarışmasına da sadəcə zarafat olsun deyə qatıldığını, lakin pandemiya səbəbindən prosesin yarımçıq qaldığını bildirib.
Çikaqodakı Nortvestern Universitetinin Mesulam Bilişsel Nevrologiya və Altsheymer Xəstəliyi İnstitutunun mütəxəssisi Tamar Gefen deyir ki, Siqlerin beyni 50 yaşındakı bir insanın beyni kimi işləyir. Universitetin "SuperAging” proqramı çərçivəsində 25 ildən bəri 300-dən çox belə insan araşdırılıb, onların 80-i isə beyin toxumalarını elmi tədqiqatlar üçün ianə edib.
Alimlərin qənaətinə görə, "süper yaşlılar”ın bir neçə ortaq xüsusiyyəti var:
* Sosial cəhətdən aktiv olmaları, dostluq və ünsiyyət bağlarını güclü saxlamaları;
* Həyatlarında müstəqil qərarlar verərək azad və sərbəst yaşamaları;
* Gündəlik hadisələri və tarixi detalları 50-60 yaşlı sağlam insanlarla eyni, bəzən isə daha yaxşı xatırlamaları.
Araşdırmalar göstərir ki, onların beynində diqqət və motivasiyadan məsul ön singulat korteks daha qalındır. Həmçinin yaddaş mərkəzi olan hipokampusda Altsheymer xəstəliyinə aid zərərli "tau” zülallarının yaranması da xeyli az müşahidə olunur.
Bəzi hallarda "süper yaşlılar”ın beyinlərində Altsheymera xas izlər aşkarlansa da, bu, onların yaddaşına təsir etmir. Mütəxəssislər bunu iki əsas mexanizmlə izah edir: beyin müqaviməti və dayanıqlılığı.
Elm adamlarının gəldiyi ümumi nəticə belədir: sosial əlaqələr, aktiv həyat, müstəqillik hissi və beyin strukturlarında bioloji dayanıqlıq "süper yaşlı” fenomeninin əsas açarlarıdır. Bu kəşflər Altsheymer və digər yaşla bağlı yaddaş xəstəliklərinin qarşısını almaq üçün yeni imkanlar yarada bilər.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.