AZ

ABŞ silahları Ukrayna üçün həyati əhəmiyyətlidir - Zelenski

Bu proqram və bu imkan üçün minnətdarıq. Avropaya da təşəkkür edirik, çünki xərci onlar qarşılayır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski NATO-nun yeni silah təşəbbüsünə görə ABŞ-a və Avropa ölkələrinə təşəkkür edibv və bildirib ki, bu proqram NATO üzvlərinə ABŞ-dan silah alaraq Ukraynaya göndərməyə imkan verir.

ABŞ Prezidenti Donald Tramp da proqramı müsbət dəyərləndirib. O qeyd edib ki, bu yolla ABŞ Ukraynaya birbaşa silah vermir, sadəcə müttəfiqlərinə hərbi texnika satır.

Zelenski vurğulayıb ki, ABŞ silahları, xüsusilə hava hücumundan müdafiə sistemləri Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır:

“Avropada heç kimin “Patriot” sistemləri bu qədər çox deyil. Bizə bu silahlar çox lazımdır”

Seçilən
81
50
axar.az

10Mənbələr